[00:00.00] 作词 : Fariz Zeynalov[00:01.00] 作曲 : Miryusif Mirbabayev/Fariz Zeynalov[00:08.76]Sən mənim zümzüməm[00:11.45]Səni sətir-sətir keçmişdən toplayıb çəkdim nəzmə mən[00:16.14]Ritmi tutunca tutdum işarət barmağımı nəbzimə[00:21.05]Bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən[00:25.32]Heç kim sənə bənzəməz[00:27.56]Sən mənim gözümdən axıb ürəyimə[00:32.48]Alışan ruhuma sarmısan alov[00:35.47]Əlimdə tellərinin ətri, qulağımda səsin girov[00:40.59]Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov[00:44.60]Dedim sənə ‘’Yaxşı yol’’[00:48.33]Getdin, gülə-gülə[01:08.57]Sən elə mən özüməm[01:11.41]Yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə[01:16.27]Sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə[01:21.14]Bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə[01:25.43]Darıxmışam hər cürə[01:27.70]Mən sənsiz üzgünəm[01:30.82]Günəşin-yağışın, enişin-yoxuşun mənə fərqi yox[01:35.59]Həyat davamında dayanmaz, çünki fələyin çərxi o[01:40.58]Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov[01:44.75]Dedim sənə ‘’Yaxşı yol’’[01:48.24]Getdin, gülə-gülə[02:09.61]Getdin...[02:11.66]Getdin...[02:13.68]Getdin...[02:17.38]Getdin, gülə-gülə[02:19.49]Getdin...[02:21.57]Getdin...[02:23.63]Getdin...[02:27.32]Getdin, gülə-gülə